-
- 15-01-2020, 11:09
- 1 042
Vüsal Hüseynov: "Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 11 faiz artıb"
"2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanların sayında 10 faiz, iş icazəsi alanların sayında 8 faiz artım müşahidə olunur".
News24.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, qaçqın statusu üçün müraciətlər edənlərin sayında 7 faiz artım qeydə alınıb.
"Ötən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayı da 23 faiz azalma var.
2019-cu ildən fasiləsiz iş rejiminə keçən "Çağrı mərkəzi" həftənin hər günü 24 saat ərzində vətəndaşlar tərəfindən edilən zəngləri qəbul edir. Bu müddət ərzində edilən zəngləri sayı 110 268 olub".
V.Hüseynov onu da əlavə edib ki, DMX tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq "ASAN Xidmət indeksi"ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə DMX son 2 ildə ən yüksək nəticəni göstərib və ilk sırada yer alıb (68,98 faiz və 83,81 faiz).