-
- 16-01-2020, 10:36
- 704
ABŞ və Çin arasında ticarət müharibəsi bitdi
ABŞ və Çin arasındakı ticarət müharibəsi sona çatıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp və Çinin vitse-prezidenti Liu He, Ağ Evdə təşkil edilən mərasimdə ABŞ-Çin birinci mərhələ ticarət razılaşmasını imzalayıblar. D.Tramp razılaşmanı belə şərh edib:"Bu gün Çin ilə ilk mərhələli ticarət sazişi imzalayırıq, əvvəllər atılmamış çox vacib bir addım atırıq. Bu, əvvəlki razılaşmalardan qat-qat böyükdür".
Hazırda razılaşmanın ikinci mərhələsi üzərində üzərində işlər aparılır.
Qeyd edək ki, ABŞ və Çin arasındakı ticarət müharibəsi, ABŞ Prezidenti Donald Trampın 2018-ci ilin mart ayında Çindən gətirilən bəzi məhsullara əlavə vergi şamil etməsi ilə başlamışdı.
Ticarət müharibəsi, soya istehsalından tutmuş avtomobil hissələrinə qədər, texnoloji şirkətlərdən Çinin "Made in China 2025" texnoloji lokalizasiya proqramına və əsas texnologiyaların istehsalında əsas rol oynayan nadir elementlərin istifadəsinə qədər genişlənmişdi.