Allahşükür Paşazadədən “Aşura” XƏBƏRDARLIĞI
    • 6-09-2018, 11:50
    • 949

Allahşükür Paşazadədən “Aşura” XƏBƏRDARLIĞI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.

QMİ-nin Qazılar Şurasının “Fətva”sı barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını deyib.

Müzakirələr zamanı dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə riayət olunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

//News24.az