Klublarımızdan futbolçulara 17 milyon avro maaş
    • 17-01-2020, 00:43
    • 1 663

Klublarımızdan futbolçulara 17 milyon avro maaş

Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara ödədiyi maaşın miqdarı müəyyənləşib.
News24.az xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. Çempionat iştirakçısı olan 8 komanda futbolçulara ümumulikdə  17 milyon avro əmək haqqı ödəyib.
Bu isə hər klubun orta hesabla 2.1 milyon avro maaş verməsi deməkdir. 
Premyer Liqamız bu göstəricidə Avropada 30-cudur. İngiltərə Premyer Liqası 3 milyard 235 milyon avro maaşla ilk sıradadır. İspaniya La Liqası 2-ci (2 milyard 20 milyon avro), Almaniya Bundesliqası isə 1 milyard 664 milyon avro maaşla 3-cüdür.