Ukraynanın baş naziri İSTEFA VERDİ
    • 17-01-2020, 12:26
    • 770

Ukraynanın baş naziri İSTEFA VERDİ

Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verib. 

News24.az xəbər verir ki, o, bu barədə "Facebook"dakı səhifəsində məlumat verib.

A.Qonçaruk istefasını hökumətdəki görüşlərinin səs yazılarının yayımlanması ilə əlaqələndirib. Qeyd edib ki, bütün bunlar quraşdırılıb. Həmçinin baş nazir və komandasının prezident Vladimir Zelenskiyə hörmət etmədiyi iddia edilib. Aleksey Qonçaruk bunun dövlətin maliyyə axınlarına yaxın olmaq istəyən bir çox qrup üçün faydalı olduğundan ənimliyini bildirib: “Mən bu vəzifəyə prezidentin proqramını yerinə yetirmək üçün gəldim. O, mənim üçün açıqlıq və ədəb nümunəsidir. Ancaq prezidentə hörmətimiz və güvənimizlə bağlı hər hansı bir şübhəni aradan qaldırmaq üçün istefa məktubu yazdım və parlamentə təqdim etmək üçün prezidentə verdim".

O, V.Zelenskini ukraynalıların misli görünməmiş etimad göstərdikləri və komandasının hər bir üzvünün səmərəliliyini qiymətləndirmək hüququ olan bir adam adlandırıb.

A.Qonçaruk, həmçinin Vladimir Zelenskinin komandasının dörd ay ərzində gördüyü işlərin nəticələrini, o cümlədən qaz ötürmə sisteminin Avropa qaydalarına keçməsi üçün hazırlığını və Beynəlxalq Valyuta Fondu ilə uğurlu danışıqları da qeyd edib.