"Oğlum Nərminə təcavüz edə bilməz, onun elə bir qabiliyyəti yox idi" -İlkinin atası
    • 18-01-2020, 01:09
    • 2 445

"Oğlum Nərminə təcavüz edə bilməz, onun elə bir qabiliyyəti yox idi" -İlkinin atası

Tovuzun Dondar Quşçu kəndində baş verən Nərmin Quliyeva cinayətinə görə həbs olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov açıqlama verib.
News24.az  İlkinin atasının açıqlamasını təqdim edir:
"Mənə deyiblər ki, guya mənim oğlum cinayət törədib. Oğlum institutu qutarıb işləməsə də, təsərrüfatda mənə kömək edirdi. Çox zəif adamdır. Ağacın budağını belə kəsəndə haldan düşərdi. 47 gün ərzində kənddən çıxıb Gəncəyə yas yerinə gedib. Qayıdanda görüb ki, alov var. Tez qonşunu xəbərdar edib. Qonşu ilə yanaşı, polis oğlan mənim qohumum da bel gətirib yanğını söndürüblər. Söndürdükdən sonra uşaq olduğunu biliblər. Qonşu- Nazim deyib ki, qarışıqlıq yaranmasın deyə videoya çək. Hadisədən sonra polisə məlumat verilib".
Oğlunun günahı olmadığını deyən ata gözyaşlarına boğulub: "Qıza o qədər yanıram ki. O, bizim balamızdır. Onun cəzası yerdə qalmaz. Öz oğlumdan çox ona yanıram. Körpənin başına nə işlər açıblar. Oğlumu evləndirmək istədik razı olmadı. Görünür, o qabiliyyəti yoxdur.  Dindirilmə zamanı İlkin deyib ki, qızı özümə övlad etmək istəyirəm. İlkin heç toyuq başı kəsə bilməz. O qədər gücsüz idi ki, uşağı qucağında apara bilməz".