Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb

Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb Hadisə
Bakıda ölüm hadisəsi baş verib. 

hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. 

Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub. 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. /apa/