Yeni koronavirusa görə NÖVBƏTİ ÖLÜM
    • 20-01-2020, 09:27
    • 1 508

Yeni koronavirusa görə NÖVBƏTİ ÖLÜM

Çində növbəti dəfə yeni növ koronavirusa görə ölüm qeydə alınıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliyin üçüncü qurbanı Uhan sakini olub. Qeyd olunur ki, hazırda 198 nəfərə bu virusa yoluxub. 
Onların arasında ən gənc xəstə 25, ən yaşlısı isə 89 yaşındadır.

Artıq 25 nəfər xəstəxanadan buraxılıb, 35 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə kritikdir.

Xatırladaq ki, dekabr ayında Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinə yoluxma şakarlanıb. Mütəxəssislər xəstəliyin törədicisinin tənəffüs sisteminə, mədə-bağırsaq traktına və sinir sisteminə zərər verə bilən yeni növ koronavirus olduğunu təsbit ediblər.