11 azərbaycanlı Gürcüstanda ağır qəzaya düşdü
    • 6-09-2018, 15:50
    • 813

11 azərbaycanlı Gürcüstanda ağır qəzaya düşdü

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

Yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.

//report