Yeni koronavirus həkimlər arasında da yayıldı
    • 22-01-2020, 10:56
    • 1 154

Yeni koronavirus həkimlər arasında da yayıldı

"Çinin Hubey əyalətinin Uhan şəhərində həkimlərin yeni növ koronavirus ilə yoluxması, müalicə tədbirlərinin və tibb müəssisələrində infeksiyanın yayılmasına nəzarətin səmərəsiz olduğunu göstərir".

News24.az "RİA"ya istinadən xəbər verir ki, bunu Çinin dövlət səhiyyə komitəsinin tibbi işlər departamentinin direktor müavini Jiao Yahui mətbuat konfransında bildirib:"Tibb işçilərinin xəstəliyə yoxluxmasının təsdiqləndiyinə dair xəbərlər bizi çox kədərləndirdi. Həqiqətən yüksək riskə səbəb olan işlər görürlər. Xüsusilə bu baş verdikdən sonra daim xəstələr ilə olurlar, daim işləyirlər, hər növbə 10 saatdan çox davam edir. Bundan əlavə həkimlər xüsusi qoruyucu geyimlər, vasitələr geyinməlidirlər. Xəstənin otağından çıxan zaman tər içində olurlar. İşçilərin sağlamlığı pisləşsə dəöz vəzifələrini yerinə yetirməyə davam edirlər".

Onun sözlərinə görə, tibb işçilərinin yoluxma halları virusun insandan insana ötürüldüyünə dair etibarlı sübutlar təqdim etsə də, digər tərəfdən tibb müəssisələrində infeksiyanın yayılmasının qarşısının alınması və nəzarətinin hələ də kifayət qədər effektiv olmadığını göstərib.