Keçmiş məhkumdan 1 kiloqram HEROİN GÖTÜRÜLDÜ - VİDEO
    • 22-01-2020, 16:22
    • 867

Keçmiş məhkumdan 1 kiloqram HEROİN GÖTÜRÜLDÜ - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, paytaxt sakini əvvəllər məhkum olunmuş Rafiq Mehdiyevin istintaqa məlum olmayan mənbədən 2000 manata narkotik vasitə olan heroin alması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində  R.Mehdiyev  Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb.  Onun üzərində şəxsi axtarış aparılan zaman  1 bükümdə ümumi çəkisi 1 kiloqram 108 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.  R.Mehdiyev  ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.