-
- 5-03-2019, 16:11
- 1 733
Cəlilabad sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Naziriliyindən News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,679 qram narkotik vasitə olan heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq R.Quliyevin yaşadığı evə də baxış keçirilib. Oradan isə əlavə olaraq 13 kiloqrama yaxın narkotik vasitə olan tiryək və 65 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.