-
- 22-01-2020, 17:07
- 1 351
Qaz sayğacları ilə bağlı yeni qalmaqala RƏSMİ CAVAB
Yaxın günlərdə qaz istifadəçilərinin həll edə bilmədiyi, istifadəsində çətinlik çəkdiyi sayğac problemləri ilə bağlı məsələlər öz həllini tapacaq. Abonentlərin qaz sayğaclarından rahat istifadə edə bilmələri ilə bağlı maarifləndirmə xarakterli layihələr hazırlanıb və bu günlərdə təqdim olunacaq.
Bu barədə News24.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov məlumat verib.
O, abonentlərin limitlə alınan qazın sayğaca yükləndiyi zaman borcları olmadığı halda borca çıxması kimi problemlərinə də aydınlıq gətirib: “Bu cür problem yaşayan istifadəçilər abonent kodunu göstərmək şərtilə problemin mahiyyətini öyrənə bilərlər. Mərkəzləşdirilmiş Agis proqramı vasitəsilə dəqiq yükləmələr, hansı tarixdə yükləndiyi, limiti keçib-geçməməsi ilə bağlı çıxarışını vermək mümkündür. “Asan mərkəz”ə də abonent kodları ilə müraciət edib çıxarış əldə edə bilərlər”.
C.Səfərov onu da qeyd edib ki, qaz sayğaclarının limitinin sıfırlanması prosesi yanvarın ortalarından tamamlanıb. Onun sözlərinə görə, sıfırlanma ilə bağlı şikayəti olan abonentlərin də şikayəti təmin olunub, problem həllini tapıb.
Smart tipli qaz sayğaclarının istifadəsində çətinlik çəkən abonentlərin probleminə gəlincə, qurum rəsmisi bildirib ki, qaz sayğacları ilə bağlı çətinlik çəkən abonent müraciət etdiyi təqdirdə sayğacı mexaniki sayğaca da dəyişdirilə bilər: “1 milyon 200 mindən bir qədər artıq abonent (rəqəm əsasən də Bakı şəhərini əhatə edir) smartkart sayğaclardan istifadə edir. Heç də abonentlərin hamısı problem yaşamır”.
C.Səfərov onu da qeyd edib ki, ötən ilin sonunda keçirlən tenderin şərtlərinə görə qalib olan Almaniya şirkəti ilə müqavilə bağlanacaq. Yeni smartkart tipli sayğacların proqram təminatı özümüzdə olacaq. Bundan sonra ortaya çıxan problemlər yaşanmayacaq. Eyni zamanda, əhalinin sayğaclardan istifadəsini asanlaşdıran layihələr də hazırlanır. Yaxın bir ay ərzində media mərkəzimiz yeni videoçarxları sosial şəbəkələrdə yayımlayacaq. Saytlara da göndəriləcək. Həmin təlimatlarda əməkdaşlarımız qaz sayğacları ilə bağlı yaranan hansı problemdə çıxış yolu ilə də bağlı izahat verəcəklər”.