Qazın limitiylə bağlı VACİB XƏBƏR - Yanvarın 1-dən...
    • 19-12-2018, 10:42
    • 1 493

Qazın limitiylə bağlı VACİB XƏBƏR - Yanvarın 1-dən...

2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.

Məsələ ilə bağlı  açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev bildirib ki, qeyd olunan tarixdən etibarən əhalinin illik istehlak həcminin 1700 kubmetri 170 manat, yəni 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanacaq:

“Ödənişlərində artım olmayan abonentlərin sayı 75% təşkil edir. Yəni il ərzində cəmi 25% abonent qazın limitini keçib”.

Qeyd edək ki, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır. Tarif Şurasının qərarında bu il heç bir dəyişiklik yoxdur.

//Mətbuat