"Aygün Kazımova mənimlə duet oxumaqla risk etdi"- ÜZEYİR MEHDİZADƏ
    • 23-01-2020, 13:38
    • 1 453

"Aygün Kazımova mənimlə duet oxumaqla risk etdi"- ÜZEYİR MEHDİZADƏ

"Mənim elə vaxtlarım olub ki, cibimdə pulum olmayıb, halbuki o dövrlər məşhurlaşdığım zamanlar idi. Hər yerdə mahnımı əzbər bilirdilər, məni tanıyırdılar. Hətta müəyyən çıxışlar etməyim üçün qonorar təklifləri də alırdım, amma onları belə qəbul etmirdim. Çünki müəyyən yerə çatmaq üçün özüm-öz üzərimdə çalışırdım".

News24.az xəbər verir ki, bu sözləri ifaçı Üzeyir Mehdizadə Tarix Əliyevin "Youtube" layihəsində deyib. O, bildirib ki, vaxtıilə Xalq artisti Aygün Kazımova onunla duet oxumaqla risk edib: "Bütün müğənnilərin məni tənqid etdiyi, mənfi fikirdə olduğu vaxtda Aygün Kazımova böyük risk etdi, mənimlə duet oxudu. Peşəkarlığını göstərdi... Bunun xeyrini də gördü. Şükür edirəm ki, peşmançılıq olmadı. Aygün Kazımovadan sonra heç kimlə duet oxumadım. Kimisə aşağı səviyyədə bilmirəm. Elə ərəfədəyəm ki, tamaşaçıları düşünürəm. Deyirəm, elə müğənni seçərəm ki, tamaşaçılar qəbul etməz. Gərək duet oxuyacağım insan tək məşhur yox, həm də cəmiyyətdə sevilən biri olsun. Həmçinində səslərimiz bir-birinə uyğun olmalıdır. Bunlara önəm verirəm. Adam var, tanış olanda ona heyran olursan, elə insan da var ki, onunla tanışlıqdan sonra peşimançılıq çəkirsən". 

Üzeyir onun ifasını tənqid edənlərdən danışıb: 
"Mənim olduğum elə yerlər var ki, onlar heç vaxt orada olmayıb. Burada toyu nəzərdə tutmuram. Tək çıxışım toydan ibarət deyil. Burada tədbirləri, dəvətləri nəzərdə tuturam. Amma özümə yaraşdırmıram deyim ki, mən olan yerdə siz olmamısınız. Amma icazə vermərəm ki, kimsə məni aşağılasın. Səhnəyə gəldiyim ilk gündən bu sahədə qəlbimə dəyənlər çox oldu, Demək olar ki, 90 faizi mənə qarşıydı. Onların sırasına müğənnilər, aparıcılar, jurnalistlər, operatorlar da daxildir. Bu şeylərdən o qədər travma almışam ki...Hər zaman efirlərdə özümü səbrlə saxlamışam. Amma elə də olurdu ki, məni aldadıb efirə başqa adla çağırırdılar, gedirdim, məni vururdular. Gedib görürdüm ki, efirdə "cəlladl"ar oturub. Verilişdən sonra aparıcıya deyirdim ki, niyə belə edirsiz? Qayıdırdı ki, biz də pulumuzu belə qazanırıq".

Sevda Bayramova