Qalstuk - tarixi də qəribə, mənası da... - VİDEO
    • 7-07-2018, 12:19
    • 3 299

Qalstuk - tarixi də qəribə, mənası da... - VİDEO

Əvvəlcə sözün hərfi mənasının nə anlam daşıdığını aydınlaşdırmaq üçün tarixə qısa ekskursiya edək. Rus dilinə "qalstuk" sözü almancadan keçib; "Halstuch" almancadan tərcümədə «boyun yaylığı» mənasını verir. Bu söz daha çox yayılmış orfoepiyasını isə fransızların marağına borcludur desək, yanılmarıq.

News24.az xəbər verir ki, qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə meydana gəldiyi iddiasındadırlar. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyi ilə əsaslandırmağa çalışırlar. 

Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. Bunu imperator Şi Xuan Dinin müasir qalstuka bənzər aksessuar taxması ilə əlaqələndirirlər.

Amma ilk qalstuklar barəsində bir maraqlı versiya da var. Belə ki, keçmiş zamanlarda edam əsnasında ölüm hökmü ləğv edilən, əfv olunmuş insan boynunda qırılmış kəndir gəzirdi və onu bəxtigətirmiş hesab edirdilər. Bəlkə də elə buna görə kişilər nədənsə sıxılanda instinktiv olaraq qalstuku boşaltmağa əl atırlar.

Hazırda qalstuk xeyli dərəcədə uğur mənasını ifadə edir. Yüksək vəzifə sahibləri mütləq kişi qarderobunun bu atributundan istfadə edirlər. Ancaq təkcə qalstukun varlığı deyil, onun necə bağlanması da kişinin həyat tərzindən xəbər verir.

Məsələn, «deputat düyünü»nün vurulmasının çətinliyi də şəxsin vəzifəsinin yuxarı olmasından xəbər verir. Leninin pioner qalstukunu «Herakl düyünü» formasında bağlaması da təsadüfi deyil. Çünki bu, mənəvi gücü bildirir. Kişinin qalstukunun uzunluğundan onun evli, yaxud subay olmasını müəyyən etmək olar.

Elvin Nüsrətoğlu