Partiya sədri Ali Məhkəməyə müraciət etdi – BƏRAƏT TƏLƏB EDİR
    • 24-01-2020, 15:09
    • 696

Partiya sədri Ali Məhkəməyə müraciət etdi – BƏRAƏT TƏLƏB EDİR

Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə həbs olunan və daha sonra cəza müddətini başa vuraraq azadlığa çıxan Salyan rayon sakini Səfərsoy Rza Əli oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, ALÖV partiyasının sədri kimi özünü təqdim edən və Qarabağ əlili olan Rza Səfərsoy məhkəmədən ona bəraət verilməsini tələb edib.
Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Səfərsoy əvvəlcə 2 il müddətinə həbs edilib, apelyasiya instansiyası isə onun cəzasını azaldıb və o, azadlığa buraxılıb.

R.Səfərsoy Facebook səhifəsində «Haqqı pozulan, əzilən xalqım, özünü öldürmə, haqqını pozanı öldür» məzmunlu status yazıb, Gəncə şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcəyi barədə paylaşım edib. Onun bu əməli terrorçuluğa və dövlət əleyhinə çağırışlar kimi qiymətləndirilib. Ona qarşı CM-in 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.