Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı, - tibb işçiləri yaralandı - FOTO
Hadisə
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.
9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən “Hyundai” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.