Bakıda qısqanc kişi həyat yoldaşını diri-diri yandırdı
    • 26-01-2020, 10:06
    • 1 225

Bakıda qısqanc kişi həyat yoldaşını diri-diri yandırdı

Bakıda həyat yoldaşının üzərinə benzin tökərək onu yandıran şəxsdən xəbər var.


News24.az-ın məlumatına görə, Sabunçu rayonu Maştağa qəsəbəsində həyat yoldaşı Aynurə Məmmədzadəni yandıran Rasim Əhmədovun hadisə yerinə gələn polislərə hücum etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci, yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi ilə iş açılıb.


Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxlması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Fəqan Əhmədovun sədrliyi ilə keçiriləcək. Hazırlıq iclası 5 fevrala təyin edilib.


Qeyd edək ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.


Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.


R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib.