Bakıda qardaşı arvadını diri-diri yandıran şəxsdən MÜRACİƏT
    • 20-05-2019, 17:35
    • 1 119

Bakıda qardaşı arvadını diri-diri yandıran şəxsdən MÜRACİƏT

Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 il müddətinə azadlıqdan məhrum edilən Əsgərov İlkin Nizami oğlu barəsindəki hökmün dəyişdirilməsi tələbi ilə Ali Məhkəməyə üz tutub.

Daha əvvəl Apelyasiya Məhkəməsinə müraciət etsə də, İ.Əsgərov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilməyib. Ali Məhkəmədə işə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.