Aygün Kazımova ad günündə özünə nə hədiyyə etdi? - VİDEO
    • 27-01-2020, 10:35
    • 1 453

Aygün Kazımova ad günündə özünə nə hədiyyə etdi? - VİDEO

Ötən gün ad gününü qeyd edən xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib.
 
News24.az xəbər verir ki, hər il doğum günündə yeni mahnısını təqdim edən sənətçi bu dəfə də ənənəsinə sadiq qalaraq Raufla yeni ifa etdiyi "Bizdən danışaq" adlı bəstəsini sevənlərinin ixtiyarına verib. Mahnının sözləri Fidan Cəbiyevaya, musiqisi isə Aygün Səmədzadəyə məxsudur. 

Qeyd edək ki, bu, Kazımova və Raufun 3-cü  işbirliyidir. Onlar daha əvvəl "Yaraşdın Mənə" və "Aya" duetini ifa etmişdilər. Sənətçi uzun fasilədən sonra ilk dəfə A.Səmədzadənin mahnısını ifa edib. On bir il bundan əvvəl də bəstəkarın "Ad günü" adlı bəstəsini Kazımova oxuyub və uğurlu da alınıb.

Xatırladaq ki, yanvarın 26-da pop ifaçısının 49 yaşı tamam olub. 

Sevda Bayramova