Aygün Kazımova bu dəfə tək - VİDEO
    • 21-02-2020, 09:44
    • 1 973

Aygün Kazımova bu dəfə tək - VİDEO

Xalq artisti Aygün Kazımova “Calma” mahnısının yeni solo versiyasını təqdim edib.

News24.az-ın məlumatına görə, sənətçi Rusiya estradasının pop kralı Filipp Kirkorovla birlikdə səsləndirdiyi "Calma" mahnısını bu dəfə tək ifa edib. 
Kazımova mahnıya video çarx da hazırlatdırıb. Mahnının musiqisi İvan Peevə, sözləri Andrey Morsina aiddir. Videonu Alla Puqaçova ilə çalışan məşhur Alisher lentə alıb.

Qeyd edək ki, cütlüyün ifasında "Jalma” mahnısı yeni üslubda ötən il "Jara" festivalında təqdim olunub.

Sevda Bayramova