"Əsəbi halda üstümə gəlib, dedi ki..." - CEYHUN QALA
    • 27-01-2020, 11:11
    • 1 807

"Əsəbi halda üstümə gəlib, dedi ki..." - CEYHUN QALA

ARB Televiziyasında yayımlanan "Söhbət var" verilişinin növbəti buraxılışında maraqlı məqamlar yaşanıb.

News24.az xəbər verir ki, proqramda qonaq qismində iştirak edən müğənni Ceyhun Qala gözlənilməz açıqlama verib. O, bildirib ki, həmkarı Xatun Əliyeva "İnstagram"da onun klipini paylaşmadığına görə Ceyhunu dostluq siyahısından çıxarıb: "Bir dəfə yeni il çəkilişindəydik. Bir də gördüm Xatun əsəbi halda üstümə gəlir. Dedi: "Xeyir ola, sən mənim təzə klipimi paylaşmırsan?" Dedim, "yayımlamışam, amma "Story"də". O da, qayıdıb dedi ki, "Mən sənin klipini əsas səhifədə paylaşmışdım, amma sən yox. Ona görə də məni "İnstagram"da dostluğundan çıxarıb".

Sevda Bayramova