Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir -Nazir
    • 27-01-2020, 13:17
    • 709

Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir -Nazir

"Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın".

News24.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramovun 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bir sıra istehsalçılar buna riayət edir: “Bizdə olan məlumata görə, istehsalçıların özü də qiymətlərin aşağı olmasına maraqlıdır. Çünki qiymət münasib olarsa formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Amma qiymətlər keyfiyyət və formadan asılı olaraq, istehsalçılardan asılıdır".

Afaq Mirayiq