Hər məktəb yalnız bir məktəbli geyimi təsvirini seçə bilər
    • 30-05-2019, 15:11
    • 1 247

Hər məktəb yalnız bir məktəbli geyimi təsvirini seçə bilər

«Hər məktəb yalnız bir məktəbli geyimi təsvirini seçə bilər».

News24.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev «Ümumi təhsil haqqında» Qanunla bağlı çıxışında məlumat verərkən deyib:

«Məktəbli geyim formaları ilə bağlı yeni Qanunda göstərilib ki, geyim formalarının təsvirləri müvafiq icra hakimiyyəti orqanalrı tərəfindn təsdiq olunmalıdır. 4-5 vahid məktəbli geyiminin formalarının təsvirləri Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək və təhsil müəssisələri yalnız bir geyimdən istifadə edə biləcəklər. Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır".

Afaq Mirayiq