-
- 27-01-2020, 13:42
- 773
Məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar Nazirlər Kabinetinə TƏQDİM EDİLDİ
"Dekabrda ölkədə fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib. Məktəblərdə sağlam-psixoloji mühitin formalaşması, bu işin təşkili istiqamətində ötən il Nazirliyin xüsusi Tədbirlər Planı hazırlanıb və bu istiqamətdə bir sıra işlər həyata keçirilib".
News24.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib: "Həmin qaydaların qəbul edilməsi ümumilikdə məktəb daxilində yalnız bir fəaliyyətdə olan psilxoqun səyləri nəticəsində deyil, ümumilikdə məktəb kollektivinin, rəhbərinin, sinif müəlliminin, müəllimlərin birgə fəaliyyətinin təşkili, psixoloji xidmətin daha yüksək keyfiyyətli təqdim edilməsi ilə nəticələnməsini gözləyirik. Təbii ki, bu sadə proses deyil".
Nazir psixoloqların əmək haqqı ilə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, psixoloqların əmək haqqı diaqnostik qiymətləndirmə keçən müəllimlərlə müqayisədə fərqli sistemlə müəyyən edilir: "Bu gün psixloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əmək haqqı müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları 2 dəfədən bir qədər az artırılıb. Təhsil Nazirliyi diaqnostik qiymətləndirmənin nəticəsi olaraq psixoloji xidməti təşkilinin nəticəsi olaraq təhlillər aparılacaq və bu kateqoriyadan olan insanların əməyinin stimullaşdırılması, həmin xidmətin təşkil edilməsi, onların sayının müəyyən edilməsi istiqamətində təkliflər hazırlayacaq. Bildiyiniz kimi, əmək haqqı artımı, əlavə ştatların açılması bir sıra qurumlarla razılaşdırma formasında həyata keçirilməlidir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə addımlar, təşəbbüslər irəli sürüləcək".
Afaq Mirayiq