Bakı metrosunda həyəcanlı anlar - sərnişin özünü qatarın altına atıb
    • 27-01-2020, 19:31
    • 1 153

Bakı metrosunda həyəcanlı anlar - sərnişin özünü qatarın altına atıb

Bakı metrosunda daha bir həyəcanlı an yaşanıb.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında metronun “Azadlıq prospekti" stansiyasında baş verib.

Təxminən, bir neçə dəqiqə öncə qatar stansiyaya daxil olarkən platformadakı sərnişinlərdən biri özünü qatar relsinə atıb. Maşinist dərhal qatarı saxlayıb və polislərin köməkliyi ilə sərnişini qatar relsindən çıxarıb.

Qatarın hərəkəti bərpa olunub.