-
- 28-01-2020, 12:32
- 830
Hərbçi hazırlayan təhsil müəssisələrinə QƏBUL QAYDALARI - VİDEO
Azərbaycanda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2020/2021-ci tədris ili üçün kursant qəbulu aşağıdakı formada aparılacaq.
I.ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2020-ci ilə qədər 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçu və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
II.SƏNƏDLƏRİN QƏBULU:
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun (riyaziyyat, fizika, kimya) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
QEYD: Təhsil haqqında sənəd təqdim etməyən namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarına buraxılmırlar.
Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479-78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə “Hərbi həkim işi” ixtisası üzrə
2020/2021-ci tədris ili üçün qəbul qaydaları
I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 6 il
Yaş həddi: Qəbul ilinin 15 sentyabr tarixinədək 16 yaşı tamam olan və 23 yaşı tamam olmayan ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilir.
II. SƏNƏDLƏRİN QƏBULU:
“Hərbi həkim işi” ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb Fakültəsində təhsil almaqdan imtina etdikləri halda, Azərbaycan Tibb Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.
III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.

Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə IV ixtisas qrupunun (biologiya, kimya, fizika) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Hərbi Tibb Fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
Hərbi Tibb Fakültəsinə qəbul olmuş şəxslər 4-cü kursadək Azərbaycan Tibb Universitetində, son 2 ili isə hərbi andı qəbul edərək Hərbi Tibb Fakültəsində təhsil alır və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi Tibb Fakültəsinə qəbul olmuş şəxslər təhsil müddətində 4-cü kursadək ayda 75 AZN, son 2 ili isə ayda 181 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə “Hərbi feldşer işi” ixtisası üzrə

Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2020-ci ilədək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan, habelə 23 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU:
“Hərbi feldşer işi” ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək ərizə ilə Fakültə rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);

– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq əri¬zələri;

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya gələrkən şəxsən təqdim edilir.
III. HƏRBİ FELDŞER İŞİ İXTİSASI ÜZRƏ HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.

Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə Azərbaycan dilində keçirilən qəbul imtahanları Azərbaycan dili və kimya fənləri üzrə aparılır.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2020/2021-ci tədris ili üçün kursant qəbulu qaydaları
I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: 15 sentyabr 2020-ci ilə qədər 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, qəbul ilində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

– oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli;

– sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;

– 6 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 4 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə ;
– valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– burunətrafı boşluqların rentgenoqrafiyası;

– nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi sənəd;
– dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
– xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Ümumi orta təhsil haqqında attestat, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən komissiyaya gələrkən şəxsən təqdim edilir.
III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər müraciət etdikləri hərbi liseydə yaradılmış komissiyada hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3” dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.
Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində və bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.
Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ-1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslərin sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.