Elazığdakı zəlzələ zamanı ailəni xilas edən suriyalıya TÜRKİYƏ VƏTƏNDAŞLIĞI VERİLƏCƏK - VİDEO
    • 28-01-2020, 13:29
    • 880

Elazığdakı zəlzələ zamanı ailəni xilas edən suriyalıya TÜRKİYƏ VƏTƏNDAŞLIĞI VERİLƏCƏK - VİDEO

Elazığdakı zəlzələ zamanı dağıntıları əlləri ilə qazıyaraq bir ailəni xilas edən suriyalı Mahmud El Osmana Türkiyə vətəndaşlığı veriləcək.

News24.az
"HaberTürk"ə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan göstəriş verib. M.Osmanla bərabər onun ailəsinə də vətəndaşlığın verilməsi prosesinə başlanıldığı qeyd edilib. 

Mahmud El Osman bu hərəkətinə görə hədiyyə gözləmədiyini, amma vətəndaşlıq almasına görə çox sevindiyini bildirib.