Azərbaycanda koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq - QƏRAR
    • 28-01-2020, 16:04
    • 824

Azərbaycanda koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq - QƏRAR

Azərbaycanda Səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq.

News24.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub.

Bildirilib ki, hazırda ölkədə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.