-
- 29-01-2020, 10:05
- 824
ABŞ sınanmamış dərmanları koronavirusa yoluxmuş çinlilərin üzərində yoxlayacaq
ABŞ sınanmamış dərmanları koronavirus yoluxmuş çinlilər üzərində sınamaq qərarına gəlib.
News24.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Qeyd olunub ki, ABŞ-ın əczaçılıq şirkətləri "AbbVie" və "Johnson & Johnson" effektivliyini sınamaq üçün Çinə vaksinlər göndəriblər. Həmçinin şirkətlər HİV infeksiyası ilə mübarizə üçün hazırlanmış vasitələri də Çində sınamaq istəyirlər.
Digər bir şirkət "Gilead Sciences" hələ də hazırlanma mərhələsində olan virus əleyhinə vaksini çinlilərin üzrəində sınamaq fikrinə düşüb.
İndiyə qədər bu dərmanların koronavirusla mübarizədə effektivliyi sübut olunmayıb. Bildirilib ki, dünyada bu virusla mübarizə apara biləcək peyvənd hələ də yoxdur.