Dondar Quşçu kənd orta məktəbinin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürdü -ÖZƏL
    • 29-01-2020, 18:03
    • 1 169

Dondar Quşçu kənd orta məktəbinin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürdü -ÖZƏL

Heydər Əliyev Fondu tərəfindən Dondar Quşçu kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Tovuz rayonu Dondar Quşçu tam orta məktəbinin hazırki vəziyyəti ilə bağlı ilk xəbəri News24.az videogörüntü ilə işıqlandırıb. 

Təhsil Nazirliyindən verilən digər xəbərdə bildirilib ki, hazırda Tovuz rayonu Aşağı Quşçu kənd tam orta məktəbində də əsaslı təmir işləri aparılır, bu Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.  

Afaq Mirayiq