-
- 29-01-2020, 23:03
- 1 128
Putin narkotikdən həbsə düşən israilli qızı əfv etdi
Rusiya Prezdent Vladimir Putin Rusiyada həbsdə olan İsrail vətəndaşı Naam İssaharın əfv olunması haqda fərman verib.
News24.az xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. “Humanizm prinsiplərini rəhbər tutaraq qərara gəlirəm: Moskva vilayətinin Himkinski şəhər məhkəməsi tərəfindən 11 oktyabr 2019-cu il tarixində mühakimə olunan və azadlıqdan məhrum edilən 1993-cü il təvəllüdlü İssahar Naam əfv olunsun”, - deyə fərmanda bildirilir.
Qeyd olunub ki, fərman imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, İssahar narkotik qaçaqmalçılığı ittihamı ilə Tel-Əvivə uçarkən “Şeremetyevo” hava limanında həbs edilib. Onun üzərindən 9,6 qram həşiş aşkarlanaraq götürülmüşdü.
İssaharın azad olunması üçün İsrailn Baş Naziri Binyamin Netanyahu Vladimir Putinə müraciət ünvanlamışdı.
Bundan başqa, Putin bu yaxınlarda İsrailə səfəri zamanı İssaharın anası ilə də görüşmüşdü.
/Qafqazinfo/