Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkdi
    • 29-01-2020, 23:23
    • 1 047

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkdi

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.


News24.az xəbər verir ki, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Sabah danışıqların növbəti raundu keçiriləcək.