"Ortaq türk dövlətləri üçün dərsliklər hazırlanıb" - Ceyhun Bayramov
    • 30-01-2020, 11:25
    • 870

"Ortaq türk dövlətləri üçün dərsliklər hazırlanıb" - Ceyhun Bayramov

Bu il Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır.

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlaması toplantıda müzakirə ediləcək:"Eyni zamanda, ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində işlər gedir. Burada bu məsələni də müzakirə ediləcək. Eləcə də, Beynəlxaq Türk Akademiyası türk dünyasının görkəmli şəxsiyyətlərinin hər il üçün möhtəşəm tarixləri, böyük yubileylər bu Elmi Şurada müzakirə ediləcək".

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası öz işinə başlayıb.

Afaq Mirayiq