Kunq Fu Federasiyasının vitse-prezidenti həbs olunub - TƏFƏRRÜAT
    • 7-09-2018, 18:45
    • 2 124

Kunq Fu Federasiyasının vitse-prezidenti həbs olunub - TƏFƏRRÜAT

Azərbaycan Kunq Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti, “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidov həbs olunub. Onun qaynatasını döydüyü və artıq iki gündür ki, Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

 “Neftçi” İdman Klubunun menecerlərindən olan Elnur Şükürovla həbs faktını təsdiq edib. Ancaq o bildirib ki, Məcidov günahsızdır:

“Üç ildir ki, Ehram Məcidov həyat yoldaşından ayrılıb. Onun bir oğlan və bir qız övladı var. Məhkəmənin çıxardığı qərara əsasən, uşaqlar anada qalmalı imiş və ata ilə görüşə icazə verilmirmiş. Lakin Ehramın bu məsələ ilə bağlı kassasiya şikayəti sonradan təmin olunub.
Belə ki, Ali Məhkəmə övladların ata ilə görüşünə icazə verib. 4-5 gün əvvəl Binəqədi Rayon İcra Nümayəndəliyində ata və övladları arasında görüş baş tutub. Orada keçmiş qayınatası və qayınanası tərəfindən təhqir olunub. Ehram da təhqirlərə dözə bilməyib. Bir-birlərini itələyiblər. 
Sonradan həmin insanlar Ehramdan polisə şikayət ediblər. Dünəndən Kürdəxanıda saxlanılır. Bildiyim qədəri ilə, onu “xuliqanlıq” maddəsi ilə ittiham edirlər. Binəqədi Rayon İcra nümayəndəsini də şahid kimi dindiriblər. O da Ehramın təhqir olunduğunu bildirib”.

//Oxu.az