"Silahlı Qüvvələrdə hakimiyyətdən sui-istifadə cinayətləri azalıb"- HƏRBİ PROKUROR
    • 31-01-2020, 14:01
    • 694

"Silahlı Qüvvələrdə hakimiyyətdən sui-istifadə cinayətləri azalıb"- HƏRBİ PROKUROR

2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 % azalıb.

Bunu bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış xuliqanlıq cinayətləri 14,3% azalıb. /Report/