Ötən il cinayət törətmiş qadınların sayı AÇIQLANDI
    • 17-02-2020, 19:04
    • 958

Ötən il cinayət törətmiş qadınların sayı AÇIQLANDI

2019-cu il ərzində ölkədə 26672 cinayət faktı qeydə alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 1,1 faiz çoxdur.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 1 bənd artaraq 266 olub. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,8 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib. 

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, 2018-ci il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 1,7 faiz artıb, 14-17 yaşda olan uşaqların sayı isə 17,8 faiz azalıb.

Ümumilikdə baş verən cinayət faktlarının 58,2 faizi az ağır, 29,8 faizi böyük ictimai təhlükə törətməyən, 12,0 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. Cinayətlərin strukturunda 5290 hadisə şəxsiyyət əleyhinə, 11567 hadisə iqtisadi sahədə törədilən, 8190 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1623 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 362 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.