Bakıda biabrçılıq - Taksi sürücüsü qadına cinsiyyət orqanını göstərdi - VİDEO
    • 8-09-2018, 10:52
    • 10 534

Bakıda biabrçılıq - Taksi sürücüsü qadına cinsiyyət orqanını göstərdi - VİDEO

Dünən Bakıda Şamaxinka adlanan ərazidən Xırdalan istiqamətində 1 manata taksi fəaliyyəti göstərən sürücü qadına qarşı əxlaqsız hərəkət edib.
 
News24.az xəbər verir ki,videogörüntüləri göndərən xanımın iddiasına görə, sürücü gürnorta saatlarında Xırdalan dairəsinə çatdıqda avtomobildə yalnız qadın sərnişinin əyləşməsindən istifadə edərək şalvarının önünü açaraq tərbiyəsiz hərəkətə yol verib.  

Xanım sərnişin isə sübut üçün həmin kadrları telefonla gizli çəkib. İş hazırda Xırdalan Polis İdarəsi tərəfindən araşdırılır.  

Qeyd edək ki, avtomobilin qeydiyyat nömrəsi 99 FD 996, modeli isə qara rəngli  "Hundai Santafe"dir. Sürücü daimi olaraq taksi xidməti göstərmir.

 Xırdalan şəhər polis idarəsindən bizə verilən məlumata görə, hadisə ilə bağlı onlara həqiqətən də şikayət daxil olub: Hazırda bu şəxsin kimliyi araşdırılır. 

"Ən qısa zamanda nəticə ilə bağlı sizə məlumat verəcəyik",- deyə bildirildi.

News24.az olaraq qarşı tərəfin məsləylə bağlı fikrini verməyə hazırıq.