Çində yaşayan türkiyəli alim: "Gündə 36 dəfə əllərimi yuyuram" - VİDEO
    • 31-01-2020, 17:44
    • 1 030

Çində yaşayan türkiyəli alim: "Gündə 36 dəfə əllərimi yuyuram" - VİDEO

Çində yaşayan türkiyəli alim gündəlik yaşamları barədə danışıb.

Çinin Vuhan şəhərində ortaya çıxan və durmadan yaılan virus səbəbindən ölənlərin sayı 170 nəfərə çatıb.

Çində yaşayan türkiyəli alim Nurettin Akçay, Türkiyə media qurumlarının birinə viodeogörüntülü müsahibə verib. O, Çində həyatın günü-gündən çətinləşdiyini bildirib: "Virus bir bölgədə aşkarlansa da hər gün durmadan artır və digər bölgələrə də yayılır. Buna görə də, insanlar panika halındadır. Onlar küçəyə çıxmağa belə qorxur. Bölgədə market və apteklərdən başqa heç bir obyek işləmir. Nəqliyyat vasitələri işləsədə demək olar ki,hər bir saatdan bir gəlirlər. Avtobuslarda ən çox 3 sərnişinə rast gəlmək olar.

İnsanlar qorunmaq üçün maskalardan istifadə edir. Lakin əhali çox olduğu üçün onları maska ilə təmin etmək nisbətən çətinləşib. Buna görə Çin hökuməti Türkiyədən qoruyucu maska istehlak etdiyini vurğulayıb.

İki- üç gündən bir bayıra çıxmaq məcburiyyətindəyik. Çünki virusdan ölməsək də, aclıqdan ölə bilərik. İnsanlar qida, su və dərman ehtiyaclarını ödəmək məcburiyyətindədirlər. Hər kəs qorxu içindədir. Ən yüngül bir ağrıda virusa yoluxmuşuq düşüncəsinə düşürük. Gündə əllərimi 36 dəfə yuyuram".

Qeyd edək ki, son göstəricilərə görə ölümcül virus Çinin bütün bölgələrinə yayılıb. /Medicina.az/