Xəzər Dəniz Gəmiçiliyi koronovirusa qarşı zəruri profilaktik TƏDBİRLƏR GÖRÜR
    • 31-01-2020, 18:11
    • 1 231

Xəzər Dəniz Gəmiçiliyi koronovirusa qarşı zəruri profilaktik TƏDBİRLƏR GÖRÜR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Çində yayılmış koronavirusla əlaqədar (“2019-nCoV”) zəruri profilaktik tədbirlər həyata keçirir.

ASCO-dan verilən məlumata görə, ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti (KSƏTƏMM) radioqramma vasitəsi ilə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə dənizçiləri məlumatlandırıb. Maarifləndirmə məqsədilə əməkdaşların e-mail ünvanlarına virusla bağlı xüsusi hazırlanmış  “Təhlükəsizlik bülleteni” də göndərilib.

Məlumata əsasən, profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmilərinin heyət üzvlərinin əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələrlə təmin olunması barədə tapşırıq verilib. /Apa/