-
- 31-01-2020, 18:44
- 3 059
Dünyanı cənginə alan viruslar - ONLARA YOLUXMAMAĞIN YOLU VARMI?
Son günlər dünyanı cənginə alan yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir.
Lakin, uzun illər öncə də bu ölümcül viruslar mövcud olub. Onlardan bəzilərinə təbii yolla yoluxmaq ehtimalı olmasa da, onlar labarotoriyalarda xüsusi qorunurlar.
News24.az dünyada yayılmış qoruxulu viruslar haqda məlumatı təqdim edir:
Zika virusu
Zika virusu ilk dəfə 1947-ci ildə Uqanda meymunlarında kəşf edilib və 5 il sonra insanlarda xəstəliyin ilk simptomlarına rast gəlinib. Bu gün ümumilikdə 86 ölkə və ərazidə virus infeksiyası halları qeydə alınıb.
Zikanın əsas yoluxdurucuları tropik və subtropik bölgələrdə rast gəlinən Aedes ağcaqanadlarıdır. Həşarat dişlədikdən sonra insanlar yüksək hərarət, səpmə, əzələlərdə və oynaqlarda ağrı, ümumi halsızlıq və baş ağrısı kimi simptomlarla qarşılaşırlar.
İnfeksiya hamiləlik dövründə, cinsi yolla, qan köçürülməsi və orqan nəqli yolu ilə də ötürülür. Virus üçün hələ də peyvənd yoxdur. Xəstəliyin bir neçə gündən sonra sağaldığı güman edilir.
Hamiləlik dövründə vəziyyət daha mürəkkəbdir: Zika anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb ola bilər. Yetkinlərdə virus əzələlərin zəifləməsinə, ayaqlarda və ya qollarda hissiyyatın itməsinə səbəb olur.
Ebola
Ebolanın əlamətləri olan hərarət, zəiflik, əzələ və baş ağrıları yoluxan şəxsdə birdən-birə özünü göstərir. Təhlükəli və 90 faiz ölümlə nəticələnən bu virus ilk dəfə 1976-cı ildə Konqoda təsbit edilib. Virus Ebola çayı yaxınlığındakı kənddə meydana gəlib.
Məlumatlara görə, sözgüdən virus meyvə yarasalarının təbii daşıyıcısıdır. İnfeksiya heyvanların, şimpanze, qorilla və başqalarının qanı, ifrazatları və orqanları ilə sıx təmas nəticəsində insanlara yoluxur.
İnsandan insana virus mayelərdən də keçə bilir. Bəzi elm adamları hesab edirlər ki, müəyyən şərtlərdə Ebola hava-damcı ilə də ötürülə bilər.
2019-cu ilin iyul ayında Ebola peyvəndi “Vektor” Dövlət Tədqiqat Viroloji və Biotexnologiya Mərkəzinin rusiyalı alimləri tərəfindən hazırlanıb.
Peyvənd klinik sınaqlardan uğurla keçib və Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib.
Çiçək
1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı kütləvi peyvəndləmə yolu ilə çiçək xəstəliyinin aradan qaldırılacağını elan edib. Lakin, virusun mövcud olduğu iki min il ərzində bəşəriyyət bir çox ölümcül çiçək epidemiyasını yaşayıb.
Təkcə 20-ci əsrdə infeksiya təxminən 300 milyon insanın ölümünə səbəb olub.
Xəstəliyin simptomları 12-14 gündən sonra görünür və qızdırma, halsızlıq, baş ağrısı və şiddətli bel ağrısıdır. 2-3 gündən sonra hərarət azalıq və səpgi əmələ gəlir. Səpgilər əvvəlcə üz, qol və kürəkdə, daha sonra bədəndə əmələ gəlir. Dəridə dərin izlər buraxır və əksər hallarda korluğa səbəb olur.
Çiçək xəstəliyi artıq təbii olaraq yayılmır, lakin virus ehtiyatları hələ də ABŞ-da və Rusiyada yüksək səviyyədə qorunmaqla iki laboratoriyada saxlanılır.
HİV
2018-ci ilin sonuna qədər dünyada təxminən 37.9 milyon insan HİV-ə yoluxub. Onlardan yalnız 79 faizinin xəstəlikləri barədə məlumatı olub.
İnsan immun çatışmazlığı virusu və ya HİV ilk dəfə 1980-ci illərin sonlarında aşkar edilib. Virus İmmunitet sistemi pozaraq insanları infeksiyadan və müəyyən xərçəng növlərindən qoruyan sistemləri zəiflədir. Təbiətdə infeksiya meymunların bədənində onlara zərər vermədən mövcuddur. Lakin insanlar üçün onun çoxalması ölümcüldür.
QİÇS xəstələrinin əksəriyyəti retrovirus kimi tanınan HİV-1-ə yoluxublar.
Bədənin selikli qişaları və ya yaraları vasitəsilə daxil olur, bundan sonra immun hüceyrələri öldürməyə başlayırlar. Bu günə qədər HİV infeksiyası üçün müalicə yoxdur, ancaq xüsusi müalicə sayəsində virus nəzarət altına alınır və onun ötürülməsinə əngəl olunur.
Təhlükəli xəstəliyin qarşısını ancaq insanlar ehtiyatlı olmaqla ala bilərlər. Bununçün onlar cinsi əlaqədə olduqları şəxsin sağlam olmasına diqqət etməli, narkotik vasitələrdən istifadədən uzaq olmalı, düzgün həyat tərzi keçirməyə riayət etməlıidirlər.
Quş qripi
38 ° C-dən yüksək temperatur, şiddətli öskürək, bəzi hallarda ürəkbulanma və qusma ...
Quş qripi Cənub-Şərqi Asiyadan bizə gələn vəhşi və ev quşlarının ölümcül xəstəliyidir.
İnfeksiya hava yolu ilə canlı və ya ölü quşdan insana ötürülür, nəfəs yollarını sıradan çıxarır. Virusa yoluxan insanlarda xəstəliyə qarşı immunitet yaranır. Ancaq orta hesabla yoluxmuş insanların təxminən 60 faizi virusdan ölür.
Quş qripinin müalicəsi yoxdur və peyvəndlər ona qarşı qısa müddətli immunitet yaradır. Alimlər hesab edirlər ki, xəstəliyi yox etmək mümkün deyil.
Quduzluq
Bu infeksiya tamamilə fərqlidir. İnsanlara, evdə saxlanılan və vəhşi heyvanlara təsir göstərir. İnfeksiya tüpürcək vasitəsilə ötürülür. İlk simptomları qorxu, depressiya və sonradan halüsinasiyaların əmələ gəlməsidir. Virus qana keçən kimi sinir sisteminə təsir göstərməyə başlayır. Quduzluğun qarşısının alınması vaxtında peyvənd olunmaqdır. Xəstə heyvanın təsadüfi dişləməsi insanı bu dəhşətli xəstəliyə yoluxdura bilər. Bunun üçün ev və vəhşi heyvanlarla təmasda olarkən diqqətli olmaq, quduz heyvan dişlədiyi təqdirdə peyvən olunmaq vacibdir.