-
- 31-01-2020, 19:06
- 1 238
Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi BAŞLADI
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.
hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.
Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsi ilə yola salınacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz vətəndaşları ilə bərabər Uhan şəhərindəki Azərbaycan vətəndaşlarını da təxliyə edəcəklərini açıqlamışdı.
Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı var. Onlar, əsasən, tələbələrdir. /Report/