Cəlilabadda "Mercedes" ilə "VAZ-2107" toqquşdu
    • 31-01-2020, 23:09
    • 1 546

Cəlilabadda "Mercedes" ilə "VAZ-2107" toqquşdu

Cəlilabad rayonunda yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.