Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib
    • 1-08-2019, 21:14
    • 1 715

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistralda hərəkətdə olan “VAZ 2107” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü Sabirabadın Qalağayın kənd sakini Fərzalı Fərzalıyev aldığı xəsarət nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.