-
- 11-06-2018, 15:00
- 4 174
Hüseyn Əzizoğlu təhqir olunur
Xalq artisti və əminliklə ölkənin yeganə şoumeni adlandıra biləcəyimiz Murad Dadaşovun “Maşın” sindromu davam etməkdədir.
“Maşın”nın bütün sürətlərində müsbət və mənfi tərəfləri ilə seçilən bir neçə iştirakçı olur. “Xanımlar və Cənablar 2”də isə fərqlənən şounun ilk dəqiqələrindən dediyi sözlərlə lağa qoyulan viner Hüseyn Əzizoğludur.
Hüseynin aktyor kimi qəbul olunmamasının səbəbi elə məhz bu şouda bəlli oldu. Çünki o, elə müəllif videolarının gərcəng qəhrəmanı imiş. Yəni Hüseynin kimliyi elə çəkdiyi videolarda bəlli idi.
İnstagramda 803 min izləyicisi olan və videolarında zərərli vərdişləri nümayiş etdirən 22 yaşlı vinerin məşhurluğunun üzərinə “məşhur”luq gəldi desək, yanılmnarıq.
“Maşın”da müğənni Roza Zərgərlinin sözləri ilə oturub-duran Hüseynə ilk tənqidlər “Roza xanım mənim arxama keçib, bu yerə kimi məni apardı. Necə ki, bir ana öz övladını müdafiə edir. Mən kişi kimi qadın anamı bilirdim, biri də Roza xanım oldu” sözlərindən sonra başladı. Daha sonra isə “Roza mənə vəkillik verib. Mən Rozanın vəkiliyəm” deməsi ona qarşı olan mənfi fikirləri daha da artırdı.
Məsələnin pik nöqtəsi isə ötən gün Pərvinin Hüseynə “Sənin kimi yubka altında gizlənmirəm” ifadəsi oldu. Sözügedən yubka isə təbii ki, Roza Zərgərliyə aiddir.
Qayıdaq ana mövzusuna. Belə görünür ki, bu məsələ hələ uzun müddət müzakirə olunacaq. Üstəlik ötən gün Abbas Bağırovun Hüseynin ona papa dediyini etiraf etməsindən sonra vinerin sosial şəbəkələrdəki “populyar”lığı bir qədər də artdı. Antireklam özü də bir reklamdır.
İndiyədək heç bir ciddi ekran işində yer almayan birinin “Mən xalqıma güvənirəm” deməsi və səsvermədə qalib gəlməsi onu sevindirsə də bir çoxlarını məyus edir. Çünki xalq üçün heç bir xeyirli iş görməyən, əxlaqsızlıq və zərərli vərdişləri təbliğ edən 22 yaşlı gənci xalq heç vaxt dəstəkləyə bilməz. Bir də onun özündən yaşca böyük xanımlara göstərdiyi hörmətsiz davranışa da nəzər salsaq...
Qeyd etdiyi xalqda özünə qarşı mənfi fikir formalaşdıran Hüseyn Əzizoğlu məşhur simalarda da qəzəb doğurub.
Müğənni Nadir Qafarzadə də vineri xalqın dəstəkləmədiyi fikrindədir:
“Bu uşağın arxası güclüdür. Daydayı bərk yerdəndir, səsi də o göndərir. Xalq ona səs göndərmir”.
Müğənni Natavan Həbibi isə bunları yazıb:
“İrgənc oyun idi. Şərəfsiz oyun idi. Kişi və ya qadın olmağı fərq etməz. İnsan olduğunu unutmaz. Dəyərlər şərtlərə görə dəyişilməməlidir. Bu yaşda bu qədər satqınlıq? Aldanan tamaşaçı oldu. Əminəm ki, tamaşaçı da öz cavabını verəcək. Oyunu quranlar da oynadanlar da uduzdu. Şounun nəticələrindən asılı olmayaraq yaddaşlarda çirkin oyunu qaldı”.
Bəstəkar-müğənni Murad Arif də oyunla bağlı şərh bildirib:
“Heç biri ilə tanış deyiləm. Bu oğlan çox eybəcər söhbətlər edir. Pərvinin dostu kimdir? İmkanı nədir? Kimə nə? Pərvin daha mərdanə danışır. Oyunçudur”.
Aktyor Cavidan Novruz Hüseynin Abbas Bağırovu şoudan uzaqlaşdırmasına belə münasibət bildirib:
“Yadımdadır ki, bir dəfə Abbas siqaret çəkməyə çəkməyə çıxanda, Hüseyn Rozaya “Mama papa siqaret çəkməyə gedir. Olar mən də onunla gedim?” deyən birisən. Adam da atasını kürəyindən vurar?”
Müğənnilər Sevil və Sevinc Səfərovalar da Abbas Bağırovu dəstəkləyib:
“Kaş hər kəs sənin kimi dürüst olardı. İnşallah gələcək oğlun sənə oxşayar. Allah səni saxta oğulcuqlardan qorusun”
Sonda isə qeyd edək ki, sosial şəbəklərə, əsasən də instagrama nəzər yetirsək şounun iştirakçıları arasında tənqid və təhqir olunan demək olar ki, yeganə ad Hüseyn Əzizoğludur.
Teymur Məmmədov