-
- 1-02-2020, 12:55
- 1 378
Bu gündən mobil telefonlara koronavirusla bağlı MESAJLAR GÖNDƏRİLƏCƏK
Bu gündən (1 fevral) İranda yeni koronavirusla əlaqədar vətəndaşlara qısa mesaj göndəriləcək.
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki "Twitter" səhifəsində yazıb.
S.Nəməkinin sözlərinə görə, yeni koronavirusla mübarizə və önləyici tədbirlərlə bağlı paketlər nəzərdə tutulub.
Nəməki əlavə edib ki, bu istiqamətdə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq ediləcək.
Qeyd edək ki, İran yeni koronavirusla əlaqədar ötən gündən (31 fevral) İran-Çin aviareyslərini müvəqqəti olaraq dayandırıb. İndiyədək İranda yeni koronavirusa yoluxma halının qeydə alınmadığı bildirilir.
Əlavə edək ki, Çində 11,7 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb.
Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb. /Trend/