-
- 1-02-2020, 23:25
- 876
Türkiyədəki səfirimiz Çindən gələn tələbələrlə telefonla danışdı - səhhətləri normaldır
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.
Bu barədə News24.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib. Azərbaycan vətəndaşları səhhətlərinin normal olduqlarını bildiriblər.
Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi yerli vaxtla saat 21:12-də Ankaradakı Etimesgut Hava və Hərbi Hava Qüvvələri Qurumlarının aeroportuna enib.