Həyat yoldaşı ilə dalaşan kişi damarlarını doğradı
    • 2-02-2020, 14:52
    • 887

Həyat yoldaşı ilə dalaşan kişi damarlarını doğradı

Gəncə sakini həyat yoldaşı ilə dalaşıb, damarını kəsib.

News24.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Şəhər sakini 44 yaşlı Sabir İbrahimov həyat yoldaşı ilə münaqişə edib və daha sonra özünə qəsd edib.
Damarını kəsən şəxs yaxınlarının yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib.

Hazırda vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.