Ərdoğan ilə Zelenski görüşdü - Xəzər qazını müzakirə etdilər
    • 4-02-2020, 00:05
    • 1 041

Ərdoğan ilə Zelenski görüşdü - Xəzər qazını müzakirə etdilər

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Xəzər qazının TANAP kəməri ilə Ukraynaya nəqli imkanlarını müzakirə edib.


News24.az xəbər verir ki, V.Zelenski bunu Kiyevdə Türkiyə Prezidenti ilə keçirdiyi birgə brifinqdə söyləyib.


“Enerji təchizatı mənbələrinin şaxələndirilməsi məsələləri bizim üçün vacibdir. Xəzər qazının TANAP qaz kəməri ilə Ukraynaya nəqlinin mümkünlüyünü müzakirə etdik”, - deyə Vladimir Zelenski bildirib.


İki ölkə başçısının danışıqları zamanı nəqliyyat sektorunda əməkdaşlığı intensivləşdirməyin yollarının tapıldığı da qeyd olunub.